Dr. Yeganə Əliyeva

Ginekoloq

Yeganə Əliyeva Kimdir?

Əliyeva Yeganə Oruc qızı 1968-ci ildə Naxcıvan MR Şəruru rayonunda anadan olub. 1975-ci il tarixdə Şərur rayonu C.Məmmədquluzadə adına orta məktəbin birinci sinifinə gedib və 1983-cü ildə həmin məktəbin 8-ci sinifini bitirib.

Dəfələrlə Türkiyə Respublikasında müxtəlif tibbi konfranslarda iştirak edib. 2015-2018-ci illər ərzində International Medical Centrdə baş həkim olub. Daha sonra Oksigen klinikasında cərrah mama ginekoloq olaraq fəaliyyətinə davam edib. 2018-ci ildən “Caspian International Hospital”da həkim mama ginekoloq olaraq öz fəaliyyətinə davam edib. Daha sonra International Medical Centerdə, hal hazırda isə Rosibebek klinikasında mama ginekoloq olaraq fəaliyyətini davam etdirir.

İş Təcrübəsi

  • 2000-ci ilin may ayından 3 saylı ŞKX-da doğum şöbəsinin müdiri olub.
  • 2001-ci ildən həmin klinikda mama-ginekologiya üzrə baş həkimim müavini vəzifəsində işləyib.
  • 2004-cü ildən Suraxanı rayonu 3 saylı doğum evində cərrah mama ginekoloq işləyib.
  • 2008-ci ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində süni mayalanma ilə bağlı üzrə konfransda iştirak edib.
  • 2009-2015-ci illər ərzində Nigar kliniksının baş həkimi və direktoru vəzifəsində işləyib.
  • 2012-ci ildə TC-nin Ankara şəhərində süni mayalanma kursunu keçib.
  • Dəfələrlə Türkiyə Respublikasında müxtəlif tibbi konfranslarda iştirak edib.
  • 2015-2018-ci illər ərzində International Medical Centrdə baş həkim olub.
  • Daha sonra Oksigen klinikasında cərrah mama ginekoloq olaraq fəaliyyətinə davam edib.
  • 2018-ci ildən “Caspian International Hospital”da həkim mama ginekoloq olaraq öz fəaliyyətinə davam edib.
  • Hal hazırda International Medical Centerdə mama ginekoloq olaraq fəaliyyətini davam etdirir.

Təhsil Həyatı

  • 1975-ci il tarixdə Şərur rayonu C.Məmmədquluzadə adına orta məktəbin birinci sinifinə gedib və 1983-cü ildə həmin məktəbin 8-ci sinifini bitirib.
  • 1983-cü ildə müsabiqə yolu ilə Bakı şəhəri Nizami rayonu Kimya biologiya təmayüllü internat məktəbinə daxil olub, həmin məktəbi 1985-ci ildə bitirib.

Akademik Fəaliyyəti

  • Dr. Yeganə Əliyeva 1985-1986-ci ildən əmək fəaliyyətinə başlayıb.
  • 1986-cı ildə Azərbaycan Dövlət Tibb Univeristetinə daxil olub. Daha sonra isə 1987-ci ildə ADTU-nin müalicə-profilaktika fakulltəsinə daxil olub.
  • Həmin universiteti 1994-cü ildə bitirib. 1994-1995-ci illər ərzində Bakı şəhər 3 saylı ŞKX-da mama genokoloq ixtisası üzrə internatura keçib.
  • 1997-1999-cu illər ərzində Rusiya Federasiyasının Krasnoyarsk vilayətində Krasnoyarsk Tibb Akademiyasında klinik ordinatr olub. 1999-cu ildə 3 saylı ŞKX-da həkim ginekoloq kimi fəaliyyətə başlayıb.
  • 2000-ci ildə bir aylıq Hollandiya dövlətində mama-ginekologiya üzrə kurs keçib.

Socials