Yeganə Əliyeva Kimdir?
Əliyeva Yeganə Oruc qızı 1968-ci ildə Naxcıvan MR Şəruru rayonunda anadan olub. 1975-ci il tarixdə Şərur rayonu C.Məmmədquluzadə adına orta məktəbin birinci sinifinə gedib və 1983-cü ildə həmin məktəbin 8-ci sinifini bitirib.
Dəfələrlə Türkiyə Respublikasında müxtəlif tibbi konfranslarda iştirak edib. 2015-2018-ci illər ərzində International Medical Centrdə baş həkim olub. Daha sonra Oksigen klinikasında cərrah mama ginekoloq olaraq fəaliyyətinə davam edib. 2018-ci ildən “Caspian International Hospital”da həkim mama ginekoloq olaraq öz fəaliyyətinə davam edib. Daha sonra International Medical Centerdə, hal hazırda isə Rosibebek klinikasında mama ginekoloq olaraq fəaliyyətini davam etdirir.
İş Təcrübəsi
- 2000-ci ilin may ayından 3 saylı ŞKX-da doğum şöbəsinin müdiri olub.
- 2001-ci ildən həmin klinikda mama-ginekologiya üzrə baş həkimim müavini vəzifəsində işləyib.
- 2004-cü ildən Suraxanı rayonu 3 saylı doğum evində cərrah mama ginekoloq işləyib.
- 2008-ci ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində süni mayalanma ilə bağlı üzrə konfransda iştirak edib.
- 2009-2015-ci illər ərzində Nigar kliniksının baş həkimi və direktoru vəzifəsində işləyib.
- 2012-ci ildə TC-nin Ankara şəhərində süni mayalanma kursunu keçib.
- Dəfələrlə Türkiyə Respublikasında müxtəlif tibbi konfranslarda iştirak edib.
- 2015-2018-ci illər ərzində International Medical Centrdə baş həkim olub.
- Daha sonra Oksigen klinikasında cərrah mama ginekoloq olaraq fəaliyyətinə davam edib.
- 2018-ci ildən “Caspian International Hospital”da həkim mama ginekoloq olaraq öz fəaliyyətinə davam edib.
- Hal hazırda International Medical Centerdə mama ginekoloq olaraq fəaliyyətini davam etdirir.
Təhsil Həyatı
- 1975-ci il tarixdə Şərur rayonu C.Məmmədquluzadə adına orta məktəbin birinci sinifinə gedib və 1983-cü ildə həmin məktəbin 8-ci sinifini bitirib.
- 1983-cü ildə müsabiqə yolu ilə Bakı şəhəri Nizami rayonu Kimya biologiya təmayüllü internat məktəbinə daxil olub, həmin məktəbi 1985-ci ildə bitirib.
Akademik Fəaliyyəti
- Dr. Yeganə Əliyeva 1985-1986-ci ildən əmək fəaliyyətinə başlayıb.
- 1986-cı ildə Azərbaycan Dövlət Tibb Univeristetinə daxil olub. Daha sonra isə 1987-ci ildə ADTU-nin müalicə-profilaktika fakulltəsinə daxil olub.
- Həmin universiteti 1994-cü ildə bitirib. 1994-1995-ci illər ərzində Bakı şəhər 3 saylı ŞKX-da mama genokoloq ixtisası üzrə internatura keçib.
- 1997-1999-cu illər ərzində Rusiya Federasiyasının Krasnoyarsk vilayətində Krasnoyarsk Tibb Akademiyasında klinik ordinatr olub. 1999-cu ildə 3 saylı ŞKX-da həkim ginekoloq kimi fəaliyyətə başlayıb.
- 2000-ci ildə bir aylıq Hollandiya dövlətində mama-ginekologiya üzrə kurs keçib.